Menu

Polis Bakıda qızılı rəngli “Mercedes”i saxladı – Xüsusi əməliyyat

13.05.2017, 03:00
Polis Bakıda qızılı rəngli “Mercedes”i saxladı – Xüsusi əməliyyat

Bakıda polis daha bir avtomobil oğurluğu faktını üzə çıxarıb.

Avtosfer.az-ın məlumatına görə, mayın 11-də saat 12:20 radələrdində DİN-in “Təhlükəsiz şəhər” xidmətinin, 102 zəng mərkəzinin və Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı düz 5 ay əvvəl qaçırılmış maşın tapılıb.

Belə ki, Bakı şəhər sakini Vüqar Vaqif oğlu Babayevə məxsus qızılı rəngli “Mercedes E-220” markalı 10-LA-833 dövlət nömrə nişanlı avtomaşın Səbail rayonu Salyan yolu, 24 ünvanında saxlanılıb. Avtomaşının sahibi Vüqar Babayev bildirib ki, ona məxsus olan avtomaşını ötən il dekabrın 12-də Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində nömrəsiz ünvanın qarşısında saxlayaraq gedib və bir daha tapa bilməyib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol