Menu

Almaniyada 70 kiloluq bomba zərərsizləşdirilib

13.05.2017, 09:56
Almaniyada 70 kiloluq bomba zərərsizləşdirilib

Almaniyanın Heretsrid şəhərində İkinci Dünya müharibəsindən qalan 70 kiloluq bombanı zərərsizləşdiriblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bombanı ekskavator sürücüsü torpağı qazarkən tapıb və dərhal polis əməkdaşlarına xəbər verib. Bombanın zərərsizləşdirilməsi 19 saat çəkib.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayında belə bir əməliyyat Almaniyanın Auqsburq şəhərində baş tutmuşdu və bu səbəbdən 54 min insan təxliyə edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol