Menu

"Azərbaycan xalqı qarşısında baş əyirəm" - Rafael Ağayev

13.05.2017, 23:14
"Azərbaycan xalqı qarşısında baş əyirəm" - Rafael Ağayev

Böyük dəstəyə görə Azərbaycan xalqı qarşısında baş əyirəm. Trend-in məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, Azərbaycan karateçisi Rafael Ağayev deyib.

İdmançı ölkə başçısı Prezident İlham Əliyevə göstərdiyi dəstək və qayğıya görə minnətdarlığını ifadə edib.

O deyib: "İndi hisslərimi ifadə etmək çox çətindir. Çox sevincliyəm. Bütün idmançılarımıza qələbə, qızıl medal arzu edirəm".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol