Menu

Ruslan ikinci qızıl medalı qazandı

14.05.2017, 17:27
Ruslan ikinci qızıl medalı qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları davam edir.

"AzPlitika"nın məlumatına görə, 25 metrdən tapança ilə sürətli atəş açma üzrə təsnifat mərhələsi başa çatıb. Təmsilçimiz Ruslan Lunyov bütün rəqiblərindən üstün olaraq finala vəsiqə qazanıb - 572-21 xal.

Xatırladaq ki, Azərbaycana IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı ötən gün kişilər arasında 25 m məsafədən tapança ilə atəş açmada hamıdan dəqiq olan R.Lunyov qazandırıb.

Bu gün daha bir atıcımız - Əli Hüseynli səngər stendi yarışında final mərhələsinə yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol