AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan Çində keçirilən «Bir qurşaq-bir yol» forumunda iştirakdan imtina edib. Bununla ölkə, Çin-Pakistan iqtisadi dəhlizinin reallaşmasına öz narazılığını bildirmiş olub.
««Bir qurşaq-bir yol» layihəsinin flaqmanı olan Çin-Pakistan iqtisadi dəhlizinə gəlincə, beynəlxalq ictimaiyyət Hindistanın mövqeyindən xəbərdardır. Heç bir ölkə özünün suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələni qulaqardına vura bilməz» - deyə, Hindistan xarici işlər nazirliyinin (XİN) bəyanatında deyilir.
Bəyanat, eyni zamanda, Çini «konstruktiv dialoq»a dəvət edir: «Birləşdirici layihələr ərazi bütövlüyünə hörməti özündə əks etdirən üsullarla reallaşdırılmalıdır».
«RTİ» agentliyinin məlumatına görə, Hindistandan olan alimlər forumda iştirak etsələr də, rəsmi dəvət almış bu ölkənin hakimiyyət nümayəndələri tədbirə gəlməyiblər.
Xatırladaq ki, sövzügedən iqtisadi dəhliz Gilgit-Bəlistan ərazisindən keçir ki, bura da Nyu-Dehli ilə İslamabad arasında mübahisə predmetidir və Pekin tərəfindən təklif olunan layihənin (İpək yolu iqtisadi qurşağı və 21-ci əsrin Dəniz ipək yolu) bir hissəsini təşkil edir.


Şərhlər