Menu

Daha iki bank bağlandı – RUSİYADA

15.05.2017, 13:22
Daha iki bank bağlandı – RUSİYADA

Moskvanın iki bankının - "İnformproqress" və "İnterkoopbank" - lisenziyaları geri çağırılıb. Fins.az Rusiyanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, birincisi vəsaitləri aşağı keyfiyyətli aktivlərdə saxlamaqda, digəri isə şübhəli əməliyyatlar aparmasında ittiham olunur.

Hər iki banka müvəqqəti rəhbərlik təyin edilib, kredit təşkilatlarının icra orqanlarının səlahiyyətləri dayandırılıb. Qeyd edək ki, "İnformproqress" və "İnterkoopbank" əmanətlərin sığortalanması sisteminin iştirakçılarıdır.

2017-ci ilin 1 aprelinə olan hesabata görə, "İnformproqress" Rusiyanın bank sistemində 575-ci yer, "İnterkoopbank" - 573-cü yer tuturdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol