Moskva Birjasında dollar 56.5041 rubladək enib. Fins.az xəbər verir ki, bu ötənki hərracın bağlanışı ilə müqayisədə 59 kopeyka, ya da 1% daha azdır.
Eniş səviyyəsinin zirvəsində olan məbləğ 2017-ci ilin 26 aprelindən bəri minimal göstərici hesab olunur.
Eyni zamanda avronun məzənnəsi 61.786 rubladək ucuzlaşıb. Bu isə öncəki hərracın bağlanışı ilə müqayisədə 65.7 kopeyka daha aşağıdır.
Rublun möhkəmlənməsi neftin dünya qiymətlərinin qalxması fonunda baş verir. Rusiya ilə Səudiyyə Ərəbistanın neft hasilatını dondurmaq razılaşmasını uzatmaq niyyətləri barədə xəbərin ardından "Brent" markalı neft İCE Birjasında 52 dolları ötdü.
Bakı vaxti ilə saat 11:35-də "Brent"in bir barrelin qiyməti $52.12, Moskva Birjasında dolların məzənnəsi 56.5413 rubl, avronun - 61.85 rubl təşkil edir.


Şərhlər