Menu

Prezident bu yolun tikintisinə 1,8 milyon manat ayırdı - Sərəncam

15.05.2017, 19:11
Prezident bu yolun tikintisinə 1,8 milyon manat ayırdı - Sərəncam

Prezident İlham Əliyev mayın 15-də “Abşeron rayonunun Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

On altı min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol