Menu

23 yaşadək futbolçulardan ibarət yığmamız yarımfinala yüksəlib

15.05.2017, 20:34
23 yaşadək futbolçulardan ibarət yığmamız yarımfinala yüksəlib

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda A qrupunda 3-cü tur matçında Mərakeş yığması ilə qolsuz heç-heçə edib. Qrupun digər oyununda Kamerun Səudiyyə Ərəbistanını darmadağın edib - 3:0. Bu nəticələrdən sonra Kamerun, Azərbaycan və Mərakeş hərəyə 5 xalla ilk 3 pillədə qərarlaşıblar. Lakin daha yaxşı top fərqi səbəbindən Kamerun 1-ci, Azərbaycan 2-ci pillənin sahibi kimi növbəti mərhələyə yüksəlib. Mərakeş isə 1 xala malik Səudiyyə Ərəbistanı ilə birgə qrupda qalıb.

Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda B qrupunu qalibi Əlcəzair millisi ilə qarşılaşacaq. Oyun mayın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol