Menu

Hədə-qorxu ilə insanların pulunu mənimsəyən şəxs saxlanılıb - Cəlilabadda 

15.05.2017, 22:51
Hədə-qorxu ilə insanların pulunu mənimsəyən şəxs saxlanılıb - Cəlilabadda 

Cəlilabadda axtarışda olan rayon sakini saxlanılıb.

"Report"un Cənub bürosu xəbər verir ki, saxlanılan Əhmədli Xəqani adlı şəxs həmyerlisi Zamiq Rzayevlə əlbir olaraq Cəlilabad rayon sakini Həsənov Xəyala hədə - qorxu gəlməklə onun 3 min 500 manat pulunu mənimsəyib.

Həmçinin, qrup üzvləri bu cinayət əməlini Yardımlı rayon sakininə qarşı da tətbiq ediblər. Həmin şəxsdən zorakılıq yolu ilə 5 min 300 manat pul əldə edilib.

Əvvələr məhkum olunmuş 1977-ci il təvəllüdlü Əhmədli Xəqani Cinayət Məcələsinin 8 maddəsi üzrə axtarışda olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol