Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi "Erkən nikahların fəsadları barədə əhali arasında maarifləndirmə işinin təşkili" adlı layihəni Astara və Lerik rayonlarında davam etdirib.
Astara rayon M.Ə. Sabir adına 1 sayli tam orta məktəbdə 11 may 2017- ci il tarixində 100 nəfərədək gəncin iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin direktoru Xədicə Əliyeva açaraq layihədə qaldırılan aktual mövzu haqqında məlumat verdi. Təşkilatın təlimçi və ekspertləri erkən nikahları doğuran səbəblər, onun fəsadları, dövlətimizin bu yolda gördüyü işlər barədə tədbir iştirakçılarına geniş məlumat verdilər. Rayon ziyalıları adından ağsaqqal pedaqoq Sehran Babayev gənclərə öz məsləhətlərini verdi.
12-i may tarixində tədbir Lerik rayonunda davam etdirilib. Rayon Gənclər və İdman idarəsinin rəisi Natiq İsaqov tədbiri açaraq gənclərə mövzunun əhəmiyyəti haqqında məlumat verdi. Təşkilatın sədr müavini Tələt Qəribov, ekspert, Sadiq Həsənov mövzu ətrafinda geniş çıxışlar etdilər və iştirakçıların suallarını cavablandırdılar. Tədbir iştirakçıları bu problemlərə aid bir neçə təklif səsləndirdilər və onları aidiyyatı qurumların diqqətinə çatdırılmasını xahiş etdilər. Tədbirlərdə gənclərə şəhadətnamələr və mövzuya aid bukletlər təqdim edilib.
[gallery size="full" ids="321656,321657,321658,321659,321660,321661"]


Şərhlər