Menu

Bakı Tikiş Evinin rəhbərliyi yenidən formalaşdırılacaq

16.05.2017, 11:26
Bakı Tikiş Evinin rəhbərliyi yenidən formalaşdırılacaq

İyunun 29-da, saat 11:00-da “Bаkı Tikiş Evi” АSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” Cəmiyyətin Müşahidə Şurasına istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Mərdanov qardaşları küçəsi,113 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabatların təsdiq olunması, onun idarəetmə orqanlarının seçilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Bаkı Tikiş Evi” АSC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 347 242 manatdır. Fabrik əsasən məktəblilər və hərbçilər üçün geyimlərin tikilməsi üzrə ixtisaslaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol