«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin hesab edir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) daxilində davam edən siyasi mübarizə bütün dünyada siyasi və iqtisadi gərginlik yaradır.
«Birləşmiş Ştatlarda, gördüyümüz kimi, kəskin daxili siyasi mübarizə davam edir ki, bu da nəinki siyasətdə, həm də iqtisadiyyatda müəyyən əsəbilik yaradıb» - deyə, Çinə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib.
Rusiya lideri əlavə edib ki, Avropa cəmiyyətlərində hamı həyacanla gözləyir - «brekzit»in axırı necə olacaq, proses necə gedəcək, hansı nəticələri olacaq?
«Bildiyiniz kimi, Avropa İttifaqının da problemləri çoxdur. Əlbəttə, şübhəsizdir ki, bu gün hər-hansı ümidverici siqnallara, o cümlədən, Çinin çox vaxtında irəli sürülmüş və faydalı təşəbbüsünə («Bir qurşaq - bir yol») ehtiyac var» - deyə, Putin qeyd edib.


Şərhlər