Menu

Ötən ay Çinin sənaye istehsalı 6,5 faiz artıb

16.05.2017, 23:57
Ötən ay Çinin sənaye istehsalı 6,5 faiz artıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, 2017-ci ilin aprelində Çin Xalq Respublikasında (ÇXR) sənaye məhsulları istehsalı 6,5 faiz (ilə hesablamaqla) artıb. Bu məlumatı ÇXR-nın Dövlət statistika bürosu yayıb.

Göstərici mart ayındakı ilə müqayisədə 1,1 faiz aşağıdır - marta bu rəqəm 7,6 faiz olub. Bu zaman,yanvar-aprel aylarında sənaye məhsullarının istehsal həcmi 6,7 faiz artıb.

Ötən cümə günü məlum olub ki, aprel ayında (2017) Çində yeni bank kreditləşmələrinin həcmi milli valyutada 8,0 faiz -1,1 trilyon yuana qədər (159,4 milyard dollar) artıb. Mart ayında bu rəqəm 1,02 trilyon yuan təşkil edib.

Onu da xatırladaq ki, 2017-ci ilin birinci rübündə ÇXR-də ümumi daxili məhsul (ÜDM) ilkin hesablamalara görə, 6,9 faiz artıb ki, bu da rəsmi proqnozdan və ekspertlərin gözləntilərindən yaxşıdır. Analitiklər proqnoz edirdilər ki, ölkənin iqtisadi artım ahəngi 2017-ci ildə 6,5 faiz təşkil edəcək.

Ötən ilin yekunlarına görə, Çində ÜDM artımı yavaşıyaraq, 2015-ci ildəki 6,9 faizdən 6,7 faizə enib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol