Menu

Tiflis AB-yə etiraz etdi - Səfir XİN-ə çağırıldı

17.05.2017, 16:51
Tiflis AB-yə etiraz etdi - Səfir XİN-ə çağırıldı

Avropa Birliyinin Gürcüstandakı səfiri Yanoş Herman Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, buna səbəb AB-nin Cenevrə danışıqları üzrə xüsusi nümayəndəsi Herbert Zalberqin qondarma Cənubi Osetiya lideri Anatoli Bibilovu “prezident” seçilməsi münasibəti ilə təbrik etməsi olub. Hermanla Gürcüstan Xarici İşlər nazirinin müavini David Dondua görüşüb. Dondua görüşdə AB nümayəndəsinin hərəkətinin qəbuledilməz olduğunu və tezliklə buna aydınlıq gətirilməsini tələb edib.

Qeyd edək ki, Cənubi Osetiya Gürcüstan ərazisidir. 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Moskva Cənubi Osetiyanı dövlət kimi tanıyıb və bu ərazidə ordularını yerləşdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol