Menu

Qadın voleybolçulardan ibarət yığmamız finala yüksəlib - İslamiada

17.05.2017, 18:08
Qadın voleybolçulardan ibarət yığmamız finala yüksəlib - İslamiada

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası finala yüksəlib.

"Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu komanda yarımfinalda Tacikistanı asanlıqla üstələyib - 3:0 (25:16, 25:10, 25:6).

Finalda rəqib saat 19:30-da başlanacaq Türkiyə - Qırğızıstan görüşünün qalibi olacaq. Həlledici qarşılaşma mayın 18-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol