Menu

İntiqam Əliyev Türkiyə polisinə qalib gəldi

09.06.2014, 16:07
İntiqam Əliyev Türkiyə polisinə qalib gəldi

Atatürk Hava Limanında polisə “oğlan” dediyi üçün saxlanılan və döyülən azərbaycanlı vəkilə Türkiyə Daxili İşlər Nazirliyi 7 min 500 TL mənəvi və 600 TL maddi təzminat ödəməyə məcbur olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı hüquq müdafiəçisi İntiqam Əliyevin hava limanında pasportu yoxlanılan zaman polislə mübahisəsi düşüb. Polis İ.Əliyevin ona “oğlan” deyə müraciət etdiyini və təhqir olunduğunu bildirib.

Əliyev “oğlan” sözünün “adam” mənasını daşıdığını desə də polisi yola gətirə bilməyib. Lakin məhkəmə Əliyevin haqsız yerə tutulduğunu, kamerasız otaqda 3 dəqiqə 38 saniyə dövüldüyünü, deportasiya olunaraq 1 il Türkiyəyə gəlməsinə qadağan qoyulmasını qanunsuz hesab edərək ona təzminat ödənilməsi ilə bağlı qərar çıxarıb.

Xatırladaq ki, hava limanındakı insident 2011-də baş vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol