Menu

İspaniya qırıcıları Rusiya təyyarəsini «tutmaq» üçün havaya qaldırılıb! 

18.05.2017, 01:22
İspaniya qırıcıları Rusiya təyyarəsini «tutmaq» üçün havaya qaldırılıb! 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Estoniya səmasında Rusiya təyyarəsini «qarşılamaq» üçün İspaniyanın iki F-18 qırıcı təyyarəsi havaya qaldırılıb. Emari aviabazasından havaya qalxan təyyarələr Rusiyanın döyüş təyyarəsini sərhəd boyunca müşayiət edib. Bu barədə «La Vanguardia» nəşri yazıb.

Xəbər verilir ki, Rusiya təyyarəsi Kalininqraddan qayıdırmış. İspaniyanın F-18 təyyarələri isə NATO çərçivəsində Baltik ölkələrinin hava məkanında patrul uçuşları missiyasına cəlb edilmiş təyyarələr olub.

NATO-nun bu təyyarələri Emari aviabazasında bu ilin aprel ayında yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol