Menu

Bakı-2017 - Millimiz FİNALDA

18.05.2017, 15:04
Bakı-2017 - Millimiz FİNALDA

Azərbaycanın futbol yığması Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün yarımfinalda Əlcızair komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, oyuna millimiz fəal başlayıb. 39-cu dəqiqədə Ruslan Abışov rəqibi məyus edib. 58-ci dəqiqədə Məqsəd İsayevin zərbəsi dəqiq olub.

Əlcəzair futbolçuları matçda dönüş yarada bilməyiblər - 2:0.

Millimizin finaldakı rəqibi Kamerun - Oman cütlüyünün qalibi olacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol