«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, ölkənin maliyyə naziri Anton Siluanov jurnalistlərə bildirib ki, 2017-ci ildə Rusiyanın Ehtiyat Fondu tamamilə xərclənib qurtaracaq.
«Biz, milli rifah Fondunun vəsaitlərindən istifadə etməyə başlayacağıq. Bu, büdcədə əksini tapıb» - deyə, Siluanov bəyan edib.
Nazirin sözlərinə görə, Maliyyə Nazirliyi (MN) növbəti ildə Ehtiyat Fondunun bərpasını nəzərdə tutur. Fond 2017-ci ildə əldə olunacaq olunacaq 623 milyard rubl neft-qaz gəlirləri hesabına doldurulacaq.
Bu ərəfədə, xəbər verilib ki, Maliyyə Nazirliyi bu il büdcə defisitini örtmək üçün Ehtiyat Fondundan 1,061 trilyon rubl, Federal Milli Bankın (FMB) vəsaitlərindən isə 663,5 milyard rubl ayırmağı planlaşdırıb.
Mayın əvvəlinə (2017) olan məlumata görə, Ehtiyat Fondu vəsaitlərinin həcmi 931,25 milyard rubl (16,34 milyard dollar) təşkil edir.

Şərhlər