Menu

Bərdədə məcburi köçkünlərə tibbi təlim keçirilib - FOTO

18.05.2017, 17:55
Bərdədə məcburi köçkünlərə tibbi təlim keçirilib - FOTO

Yoluxucu xəstəliklərin profilaktikası ilə bağlı beşinci təlim keçirilib.

"Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məcburi Köçkünlər arasında yoluxucu xəstəliklərin profilaktikası” layihəsi çərçivəsində növbəti təlim 16 may

2017-ci il tarixdə Bərdə rayonu Qarabağlar kənd 146 saylı tam orta məktəbinin müəllimləri arasında keçirilib.

Qeyd etmək lazımdır ki,bu məktəbdə təhsil alanlar əsas etibari ilə Ağdamdan gəlmiş məcburi köçkünlərin uşaqlarıdır.Elə buna görə də buna çox vaxt burada Qarabağlar Ağdam məktəbi deyilir.Tədbirdə məktəbin direktoru Nuriyyə Məmmədova da iştirak edib.

Layihə rəhbəri doktor Fikrət Xəlilov tədbir iştirakçılarına mövzu barədə məlumat verib. Sonra həkim-ekspert Solmaz Mirzəyeva Yolxucu Xəstəliklərin profilaktikası ilə bağlı geniş məruzə ilə çıxış edib və bu barədə verilən sualları cavablandırıb.

İştirakçıları maraqlandıran əsas məsələlərdən biri peyvəndlə bağlı olub.Bildiyimiz kimi peyvənd yoluxucu xəstəliklərin qarşısının alınmasında ən vacib tədbirlərdən biridir,daha dəqiq desək, əsas və analoqu olmayan bir tədbirdir. Müzakirələr zamanı müəllimlərdən biri öz uşaqlarını bilərəkdən peyvənd etdirmədiyini bildirib. Onun nəzərinə çatdırılıb ki, bu onun tərəfindən vaxtilə atılan səhv bir addım olub və bunu həkimlərin məsləhəti ilə tezliklə düzəltmək lazımdır.Olduqca maraqlı keçən tədbir və sonda çay-kofe süfrəsi ilə tamamlanıb.

"Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin mətbuat xidməti

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol