Menu

Şagirdlərə yoluxucu xəstəliklərlə bağlı təlim keçirilib - FOTO

18.05.2017, 18:18
Şagirdlərə yoluxucu xəstəliklərlə bağlı təlim keçirilib - FOTO

Yoluxucu xəstəliklərin profilaktikası ilə bağlı sonuncu təlim keçirilib.

"Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məcburi Köçkünlər arasında yoluxucu xəstəliklərin profilaktikası” layihəsi çərçivəsində sonuncu-altıncı tədbir 2017-ci il, may ayının 17-də Bərdə rayonunun Qarabağ qəsəbəsi, Kəlbəcər kənd orta məktəbində baş tutub.

Tədbirdə şagirdlər və müəllimlərlə yanaşı bir neçə valideyn də iştirak edib.

Giriş sözü ilə çıxış edən layihə rəhbəri doktor Fikrət Xəlilov tədbirin məqsədindən və əhəmiyyətindən danışıb. Sonra çıxış edən həkim-ekspert Solmaz Mirzəyevaya

hazırda bütün dünyada hər il milyonlarla insanın ölümünə səbəb olan yoluxucu xəstəliklərin profilaktikası ilə bağlı çıxış edib. O ayrı-ayrı yoluxucu xəstəliklərlə bağlı məlumat verib. Onların ilkin əlamətləri, risk qürubları barədə danışıb. İştirakçılar vrilən məlumatların onlar üçün çox böyük əhəmiyyəti olduğunu bildiriblər. Çıxışlardan sonra diskussiya başlayıb, iştirakçıları maraqlandıran suallara cavab verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol