Menu

Elvindən növbəti medal - 54-cü qızılı qazandıq

18.05.2017, 19:56
Elvindən növbəti medal - 54-cü qızılı qazandıq

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında final mərhələdə xalça üzərinə çıxıb.

"AzPolitika"nın məlumatına görə, birincilik uğrunda mübarizədə idmançımız Türkiyə təmsilçisi Bayrak Furkan ilə qarşılaşıb. Güləşçimiz rəqibinə 1:0 hesabı ilə qalib gələrək yunan-Roma güləşindən ölkəmizə üçüncü qızıl medalı qazandırıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 54-cü qızıl medaldır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol