Menu

Bakı-Qazax yolunda dəhşətli qəza - 5 nəfər ölüb + ADLAR (Yenilənib)

20.05.2017, 18:05
Bakı-Qazax yolunda dəhşətli qəza  - 5 nəfər ölüb + ADLAR (Yenilənib)

Hacıqabulda baş verən yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilib.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar 1998-ci il təvəllüdlü Əmiraslanlı Əmiraslan Müşfiq oğlu, 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu və 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğludur.

Ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələri olduğu bildirilr.

***

Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.

“Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol