Kürdəmir rayon sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılıb.
APA-nın məlumatına görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı rayonun Xırdapay kənd sakini, 1998-ci il təvəllüdlü Əhmədova Süsən Rafael qızı narkotik vasitə ticarəti ilə məşğul olarkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər