Menu

Neftçalada örüş üstündə dava düşdü - Çoban xəstəxanalıq oldu

21.05.2017, 10:14
Neftçalada örüş üstündə dava düşdü - Çoban xəstəxanalıq oldu

Ötən axşam Neftçala rayonunun Xəzər kəndində döyülmə hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 26 yaşlı çoban Nəhmədov Ehtiram Nəzarət oğlu kənd sakini Vasif adlı şəxs tərəfindən döyülərək qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Çobanın döyülməsinə örüş sahəsinin otarılmasına görə baş vermiş mübahisəniun səbəb olduğu deyilir.

E.Nəhmədov Lerik rayonunun Cani kənd sakinidir, Xəzər kəndinə isə muzdla çobanlıq etməyə gəlib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol