Menu

Yaponiyada naməlum şəxs küçədə bıçaqla insanlara hücum edib

21.05.2017, 10:47
Yaponiyada naməlum şəxs küçədə bıçaqla insanlara hücum edib

Yaponiyanın Matsudo şəhərinin parkında naməlum şəxs bıçaq və dəyənəklə yoldan keçənlərə hücum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

İnsident nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Məlumata görə, yaralıların arasında hücum edən şəxsin özü də var.

Hadisənin səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol