«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsveçrədə keçirimiş referendumda ölkə əhalisi atom energetikasının əleyhinə səs verib.
«Energetika strategiyası-50» proqamının dəstəklənməsinə əhalinin 50,0 faizindən bir qədər çoxu səs verib. Bu layihə, təzələnə bilən enerji mənbələrinə keçidi nəzərdə tutur.
Bundan sonra, İsveçrə öz ərazisində yeni atom elektrik stansiyaları (AES) tikməyəcək, hazırda mövcud olanları isə tədricən qapadacaq.
Bu arada, belə addımın tənqidçiləri xatırladırlar ki, mövcud AES-lər ölkənin elektrik enerjisinə olan tələbatının üçdə birini ödəyir. Onların qapadılmasından sonra xaricdən əlavə elektrik enerjisi almaq lazım gələcək.

Şərhlər