AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərliyi sınaqlardan cəmi bir gün sonra, yeni raket sınağı keçirdiyini rəsmi şəkildə təsdiqləyib.
Pxenyanda həm də qeyd ediblər ki, orta mənzilli həmin ballisitik raketlərin sınaqları uğurla keçib.
Xəbərdə deyilir ki, Şimali Koreya lideri Kim Çen In raket atışını izləyib, yerüstü raketlərin istehsalını və yerləşdirilməsini bəyənib.
Bu arada xəbər verilir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) sabah toplaşacaq və Şimali Koreyanın yeni raket sınaqlarını müzakirə edəcək. İclas qapalı keçəcək.
«Röyter» agentliyinin məlumatına görə, məsləhətləşmələr ABŞ, Yaponiya və Cənubi Koreyanın sorğusu əsasında keçiriləcək.


Şərhlər