AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna mayın 13-də «Avrovijn-2017»-nin yekun günündə pop-müğənni Ledi Qaqanın çıxışını təşkil etmək üçün vəsait tapa bilməyib. Söhbət, cəmi 200 min dollardan gedir. Nəticədə, dəvət olunan ulduzun rolunu Ruslanaya etibar etməli olublar.
Bu barədə Camalanın prodüsseri İqor Tarnopolski danışıb. Ona isə məlumatı «Avrovijn-2017»-nin şou-prodüsseri Stüart Barlou verib.
Barlou «Avrovijn-2017» mahnı müsabiqəsinin başlanmasına bir ay qalmış işdən kənarlaşdırılıb.
«Ledi Qaqa müsabiqədə iştirak etməyə razılıq vermişdi. Onun gəlişini və «rayder»ini təmin etmək üçün 100-200 min dollar lazım idi. Bunu mənə Stüar Barlou demişdi. Ledi Qaqa Kiyevdə pulsuz çıxış etməli idi - sadəcə, «rayder»i təmin etmək lazım idi. Nə üçün pulsuz? Ona görə ki, «Avrovijn»də çıxış etmək əla reklam fürsətididir - nəhəng auditoriyaya çıxışdır» - deyə, prodüsser danışıb.
Onun sözlərinə görə, Ukraynanın büdcəsində dünya miqyaslı ulduz üçün pul tapılmayıb.

Eeex! Azad Rəhimovun yeri necə görsənir - «kommerisiya sirridir» deyib də, cəmisi 10 dəqiqə üçün Azərbaycanın 2 milyon dollarını «küləyə verəydi»…


Şərhlər