Menu

Slavyanskın "meri" həbs olundu

10.06.2014, 17:16
Slavyanskın "meri" həbs olundu

Qondarma "Slavyansk respublikası"nın "meri" Vyaçeslav Ponamaryov vəzifəsindən azad olunaraq, həbs edilib.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə,Vyaçeslav Ponamaryov 2014-cü ilin aprelində Slavyanskda keçirilən mitinqlər zamanı özünü qondarma Slavyansk respublikasının meri elan etmişdi.

Ponamaryov mətbuat konfransı keçirərək Slavyansk şəhərinə rəsmi Kiyevin mer təyin etdiyi Nelli Ştepanın öz xoşu ilə istefa ərizəsi yazdığını bildirmişdi.

Qeyd edək ki, son günlər Slavyanskda vəziyyət yenidən gərginləşib şəhər faktiki olaraq ekoloji fəlakət astanasındadır, şəhərə suyun və işığın və verilməsi dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol