Menu

Türkiyə Rusiya buğdası və günəbaxan yağının idxalını məhdudlaşdırıb

24.05.2017, 23:55
Türkiyə Rusiya buğdası və günəbaxan yağının idxalını məhdudlaşdırıb

Türkiyə Rusiya buğdasının idxalına, həmçinin rüsumsuz günəbaxan yağının tədarükünə yeni məhdudiyyətlər tətbiq edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bununla belə, Rusiya kənd təsərrüfatı sahəsi nümayəndələrinin sözlərinə görə, qərar hələ ki, rəsmi səviyyədə elan olunmayıb.

Türkiyə ixracatçıları bəyan edirlər ki, bu təşəbbüs ölkənin İqtisadiyyat Nazirliyinə deyil, onlara məxsusdur. Onlar vəziyyətin dəyişə biləcəyini də qeyd ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol