Menu

Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb

25.05.2017, 00:15
Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb

İndoneziyanın paytaxtında terrorçu-kamikadzelərin törətdiyi iki partlayış nəticəsində üç polis əməkdaşı ölüb, daha 10 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.

Partlayışlar Cakartanın şərqində yerləşən avtobus stansiyasında baş verib. Yaralılardan 5 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır, digər beşi isə mülki vətəndaşlardır. Bombalar 5 dəqiqə fasilə ilə partlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol