Menu

Azərbaycan «təranələri»…

25.05.2017, 01:25

baki-menzereleri-hava-1Xəbərə görə, hal-hazırada Azərbaycanda adambaşına düşən xarici borcun real həcmi 1500-2000 manat təşkil edir…

Bu ölkədə nazirin aylıq şəxsi «cibxərcliyi» 250-300 min manatdır…

Deyirəm, bəlkə elə bu nazirlərin (məmurların) «cibxərcliyi» 300 min manat olduğundan dolayıdır ki, sadə vətəndaşlar yabançı ölkələrə 2000 manat borclu qalırlar?...

Azərbaycanda dövlətin pullarını talan eliyən naziri həbs eləmək əvəzinə, akademiyaya müşavir («məsləhətçi») göndərirlər ki, talan-qarəti «elmi şəkilə salsın»…

Daha bundan sonra cavan nəsil elm adamlarımız «qarətin anatomiyası», «qarətin fiziologiyası», «qarətin sosiologiyası», «qarət iqtisadiyyatı» və sairə kimi mövzularda «dəyərli dissertasiya»lar yazıb… pardon, yazdırıb, «alimi biəməl» olacaqlar…

Məktəblərimizdə həmin «alimi biəməl»lər gənclərimizə «talan-qarət» barədə dərs verəcəklər…

Beləliklə, yaxın gələcəkdə Azərbaycanın adına yeni bir «ayama» da qoşacaqlar - qarət ölkəsi!

İrəli, uraaa!!!

Mirzə AĞ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol