Menu

Hündürlükdən yıxılan fəhlənin boğazına dəmir parçası batıb

25.05.2017, 08:56
Hündürlükdən yıxılan fəhlənin boğazına dəmir parçası batıb

Bakının Binəqədi rayonunda fəhlə bədbəxt hadisə nəticəsində xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Xocasən qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Dövran Adıgözəlov fərdi yaşayış evlərindən birinin ikinci mərtəbəsində iş görən zaman yerə yıxılıb. Nəticədə yerdə olan dəmir parçası onun boğaz nahiyəsinə batıb. Həmçinin kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol