AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu gün Brüsseldə NATO-nun sammiti başlanır. Sammitdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın da iştirak edəcəyi bildirilir.
NATO ölkələrinin liderləri Suriya və İraqda beynəlxaq koalisiyanın terrorçulara qarşı mübarizə istiqamətindəki fəaliyyətinə qoşulmaq imkanlarını müzakirə edəcəklər. Amma alyansın Baş katibi Yens Stoltenberq bildirib ki, burada söhbət döyüş əməliyyatlarına qoşulmaqdan getmir.
Bu sammit onunla yaddaqalan olacaq ki, onun işində ABŞ Prezidenti Donald Tramp da iştirak edəcək. Məlumdur ki, təxminən 6 ay bundan əvvəl o, NATO üzvlərini məzəmmət edərək, onların təşkilata üzvlük haqqı ödəməkdən boyun qaçırdığını bildirmiş və alyansı köhnəlmiş təşkilat adlandırsışdı. Amma prezident seçildikdən sonra Tramp tonunu dəyişməli oldu.
Sammitdə alyansın büdcəinin bölüşdürülməsi məsələi və gələcəkdə Gürcüstan və Moldovanın təşkilata üzv qəbul olunmaq perspektivi müzakirə olunacaq.
Alyansın Baş katibi əlavə edib ki, təşkilatın Şərqi Avropada iştirakının artırılması məsələsini müzakirə etmək planlanmır.

Şərhlər