AzPolitika.info Ukrayna KİV-ə istinadla xəbər verir ki, Ukraynalı deputat Nadejda Savçenko prezident seçkilərində iştirak etmək qərarına gəlib. Seçkilər 31 mart 2019-cu ildə keçiriləcək. Ali radanın deputatı özünün prezident seçkilərində franksiyalardan kənar namizəd kimi iştirk etmək niyyəti barədə Polşanın «Krytyka Polityczna» nəşrinə müsahibəsində danışıb.
«Parlament seçkilərində mənim siyasi gücüm iştirak edəcək. Mən inanıram ki, bu güc klassik mənada siyasi partiya olmayacaq. Mən artıq beləsinin birindən getmişəm, yenidən daxil olmaq istəmirəm. Mən onların gələcəyini və daim düzgün istinamətdə inşkişaf etmək qabiliyyətini görmürəm» - Savçenko bildirib.
Deputat qeyd edib ki, «ölkə üçün öz üzərinə məsuliyyət götürməyə» və prezident seçkilərində namizədliyini irəli sürməyə hazırdır».
Xatırladaq ki, bundan əvvəl Savçenko, prezident seçiləcəyi təqdirdə, Poroşenkonun taleyi barədə proqnoz vermişdi. Onun fikrincə, Poroşenkonu Viktor Yanukoviçin taleyi gözləyə bilər. Çünki «bu qədər qan tökülməsini, koorupsiyanı və bizim insanlarımızın qanı ilə «ticarət etməyi» ona heç kim bağışlamayacaq».


Şərhlər