Menu

Nazirlər Kabineti dövlət sifarişli yerlərin sayını DİM-ə göndərib

26.05.2017, 11:05
Nazirlər Kabineti dövlət sifarişli yerlərin sayını DİM-ə göndərib

“Hər il Nazirlər Kabineti tərəfindən dövlət sifarişli yerlərin sayı ilə bağlı rəqəmlər müəyyən olunur. Bu il üçün də dövlət sifarişli yerlərin sayı bizə verilib”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktor Şurasının sədri Məleykə Abbaszadə AzTV-də “Günün nəbzi” verilişində deyib.

O bildirib ki, özəl ali məktəblərdə olan vakant yerlər barədə hələlik məlumatlar daxil olmayıb: “Ümumi yerlərin sayı bu il üçün elə də dəyişməyib. Ola bilsin ki, yerlərin ümumi sayı dəyişməsin, lakin müəyyən ixtisaslar üzrə hansısa dövlət sifarişli yerlər çoxala bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol