Menu

Misirdə terror aktı

26.05.2017, 15:24
Misirdə terror aktı

Misirdə içərisində xristian koptlar olan avtobusa silahlı hücum edilib, 23 nəfər öldürülüb.

APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, terror aktı zamanı 25 nəfərin yaralandığı açıqlanıb. Minya şəhər valisi Əssam əl-Bedaivi koptların Qahirədəki monastıra gedərkən hücumə məruz qaldıqlarını bildirib.

Hələlik hadisəni heç bir terror təşkilatı üzərinə götürməyib.

Qeyd edək ki, ötən ay ölkənin Tanta şəhərində koptların kilsəsində, polis şöbəsində və İsgəndəriyyə şəhərində bir kilsədə törədilən terror aktlarını İŞİD-in təşkil etdiyi açıqlanmışdı. Həmin hadisələrdə 40-da çox adam ölmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol