Menu

ABŞ amerikalıların KXDR-a turist səfərini qadağan etmək istəyir

26.05.2017, 15:33

ABSH-konqres-bayraqAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Konqresi bu ölkənin vətəndaşlarına Koreya Xalq Demokratik Respublikasına (KXDR) turist səfərlərini qadağan etməyi düşünür. Qanunverici orqanın fikrincə, Pxenyan buradan əldə etdiyi pulları sonradan silah istehsalına yönəldir.

Demokrat Adam Şiff və respublikaçı Co Uilson baxılmaq üçün ABŞ Konqresinə bu barədə bir qanun layihəsi təqdim edib.

«Frans-Press» agentliyinin xəbərinə görə, bununla qanunvericilər ümid edirlər ki, xarici vətəndaşların Pxenyan tərəfindən faktiki olaraq əsir götürməsinə (və sonradan, siyasi danışıqlarda "kozır" kimi istifadə etməsinə) mane olmaq mümkündür.

«Bundan başqa, KXDR-da turizm faktiki olaraq, tiran rejimini maliyyələşdirir. Rejim isə sonradan həmin pulları yeni silahlar yaratmağa yönəldir və Birləşmiş Ştatları və onun müttəfiqlərini hədələyir» - deyə, sənəddə qeyd olunur.

Kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, hər il yüzlərlə amerikalı turizm məqsədləri ilə Şimali Koreyaya yola düşür. Son 10 ildə azı 17 nəfər ABŞ vətəndaşı KXDR hakimiyyət dairələri tərəfindən saxlanıb, onların dördü hələ də yerli məhbəslərdə saxlanır.

.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol