Menu

FTB Trampın kürəkəninin Rusiya əlaqələrini yoxlayır! 

26.05.2017, 18:06
FTB Trampın kürəkəninin Rusiya əlaqələrini yoxlayır! 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Federal Təhqiqat Bürosu (FTB) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiya ilə mümkün əlaqələrini yoxlayır. O, FTB-nin ciddi nəzarəti altındadır.

Məlumatlı mənbəyə istinadla, xəbəri «NBC» telekanalı yayıb.

Bununla yanaşı, qeyd olnur ki, Kuşnerə qarşı hər-hansı ittiham irəli sürülməyib və o, Trampın keçmiş köməkçiləri Pol Manafort və Maykl Flinndən fərqli olaraq, FTB tərəfindən aparılan araşdırmaların fiqurantı deyil.

«Müstəntiqlər hesab edirlər ki, Kuşner araşdırmalar üçün əhəmiyyət kəsb edən informasiyaların daşıyıcısıdır. Amma bu, o demək deyil ki, müstəntiqlər hansısa cinyət əməlində ondan şübhələnirlər və ya onu günahlandımaq niyyətindədirlər» - deyə, telekanal informatorun sözlərindən sitat gətirir.

Kuşner, ən azı bir dəfə - ötən ilin dekabrında - Rusiya səfiri Sergey Kislyakla görüşüb, həm də rusiyalı bankir Sergey Qorkovla ünsiyyətdə olub. Amma həmin görüşlər barədə o, Konqresə vaxtında və könüllü məlumat verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol