Menu

Buraxılış imtahanından kəsilən qız intihara cəhd edib

27.05.2017, 00:26
Buraxılış imtahanından kəsilən qız intihara cəhd edib

Tovuz rayonunda 17 yaşlı şagird buraxılış imtahanından kəsildiyi üçün intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü, Ağayeva Təhminə Sucəddin qızı, bu gün keçirilən buraxılış imtahanından kəsilib, axşam saatlarında isə anasının istifadə etdiyi müxtəlif həbləri içərək intihara cəhd edib.

Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan qıza dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib və o, palataya yerləşdirilib. Həkimlər qızın vəziyyətinin orta-ağır olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol