Menu

"Dağlıq Qarabağ bizim ümumi ağrımızdır" - Karasin

27.05.2017, 01:46
"Dağlıq Qarabağ bizim ümumi ağrımızdır" - Karasin

"Dağlıq Qarabağ bizim ümumi ağrımızdır".

APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda çıxışında bildirib.

"Dağlıq Qarabağ münaqişəsi bizim ümumi qayğımızdır. Bu çox qəddar və həlli çətin olan problemdir. Qarabağ münaqişəsini istisnasız olaraq siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır. Bu həll yoluna alternativ yoxdur",-deyə Rusiya XiN başçısı qeyd edib.

Q. Karasin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının Rusiyanın xarici siyasət prioritetləri sırasına daxil olduğunu söyləyib: "Biz üçlükdə, Fransa və ABŞ-la birlikdə bu münaqişənin nizamlanması ilə məşğul oluruq. 2013-cü ildə həmsədr ölkələrin prezidentləri birgə bəyanatlarında öz mövqelərini açıq bildirdilər ki, tərəflərə maksimum yardım etmək lazımdır, lakin münaqişəni həll etmək üçün bütün məsuliyyət tərəflərin üzərinə düşür".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol