Menu

Bakıda gənc oğlan ülgüclə boğazını kəsdi

27.05.2017, 09:39
Bakıda gənc oğlan ülgüclə boğazını kəsdi

Bakının Pirallahi rayonunun eyniadlı qəsəbəsində intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi, 2/10-1 ünvanında qeydə alınıb.

Belə ki, 28 yaşlı Eyyubov Fərid İslam oğlu ülgüc ilə boğaz, qol və qarın nahiyələrinə xəsarət yetirib. O, çoxlu qan itirərək xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol