Mayın 30-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 25 milyon manatlıq dövlət qısamüddətli istiqrazları (DQİ) üzrə hərrac keçiriləcək.
Fins.az-ın məlumatına görə, hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. İstiqrazların buraxılış parametrləri belədir:
| Hərracın keçirilməsi tarixi | 30.05.2017 |
| Dövlət istiqrazının növü | DQİ |
| Qiymətli kağızın İSİN kodu | AZ0104011546 |
| Ümumi həcmi (manat) | 25 000 000 |
| Bir istiqrazın nominal dəyəri (manat) | 100 |
| İstiqrazların tədavül müddəti | 364 gün |
| Ödəmə tarixi | 29.05.2018 |
| Anderrayter | Paşa Kapital İŞ QSC |

Şərhlər