AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir müsəlman ona «Halal» adına donuz ətindən hazırlanmış pitsa satdığına görə, bir iaişə müəssisəsindən 100 milyon dollar kompensasiya tələb edir.
Miçiqan ştatının sakini Mohəmməd Bazzi iddia edir ki, həmin müəssisədən iki dəfə «halal məhsul» adı altında markalanmış yemək alıb. Həmin qida məhsulunda donuz ətinin dadını Bazzinin arvadı müəyyən edib. Qadın islamı qəbul edənə qədər katolik olub.
Pitsaxanada menecer həmin alıcıya təsdiqləyib ki, müəssisənin məhsulları islam normalarına uyğun deyil. Zərərçəkmişin vəkili isə qeyd edir ki, donuz əti yemək müsəlman üçün ən dəhşətli günah sayılır.


Şərhlər