Menu

Makron Rusiya ilə dialoqa çağırdı!

27.05.2017, 22:36
Makron Rusiya ilə dialoqa çağırdı!

AzPolitika.info xarici KİV-nə istinadla xəbər verir ki, Fransanın Prezidenti Emmanuel Makron dünya liderlərini bir sıra beynəlxalq mövzularda «Rusiya ilə danışmağa» çağırıb.

«Mənim Rusiya ilə tələbkar dialoqum olacaq - bu, dialoq olacaq. Bizim müzakirələrimiz də olacaq. Bir sıra beynəlxalq mövzularda, o cümlədən, Suriya mövzusunda Rusiya ilə danışmaq vacibdir» - deyə, Fransa televiziyasına istinadla, «İnterfaks» agentliyi Makrondan sitat gətirir.

Məlumat üçün bildirək ki, mayın 29-da Rusiya Prezidenti Vladimir Putin Parisə gedəcək və ilk dəfə Fransanın yeni Prezidenti Emmanuel Makronla görüşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol