Menu

Türkiyə HHQ İraqda PKK düşərgələrini bombalayıb, 13 terrorçu öldürülüb

28.05.2017, 11:36
Türkiyə HHQ İraqda PKK düşərgələrini bombalayıb, 13 terrorçu öldürülüb

Bu gün səhər saatlarında Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK düşərgələrinə zərbə endirib.

APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Şimali İraqda Avaşin Basyan bölgəsində Türkiyədə terror aktları törətməyə hazırlaşan 13 terrorçu öldürülüb, terror təşkilatına məxsus 7 hədəf məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol