Menu

Bakıda xarici vətəndaşı döyən şəxslər saxlanılıblar

29.05.2017, 13:10
Bakıda xarici vətəndaşı döyən şəxslər saxlanılıblar

Əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseynini döyməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.

Məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.

Belə ki, mayın 27-də Səbail rayonu ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döyüb. O, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol