Menu

Rusiya əhalisinin əksəriyyətinin yığımı yoxdur

29.05.2017, 18:02
Rusiya əhalisinin əksəriyyətinin yığımı yoxdur

Rusiya ailələrinin 59%-nin yığımları yoxdur.

"Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank) sifarişi ilə "inFOM" təşkilatı tərəfindən aparılan sorğunun nəticələsində məlum olub.

Göstərici son 3 ayda dəyişməsə də, ötən ilin dekabrında 64% təşkil edib.

Sorğuda iştirak edənlərin 40%-i yığımların bankda saxlanılmasının tərəfdarıdır. Milli maliyyə araşdırmaları Agentliyinin hesabatına əsasən, əhalinin yalnız 36%-nin banklarda hesabı var. Bank hesabı olan insanların sayı 2016-cı ildə 55%-dən 40%-ə düşüb. Əhalinin 40%-i isə bildirib ki, onların pulu ancaq yeməyə kifayət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol